Dağlıq Qarabağ məsələsində siz yerdən göyə qədər haqlısınız – Binəli Yıldırım

Oxunma vaxtı:35 Saniyə

Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib.

Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Beynəlxalq təşkilatlar sözdə yox, əməldə addımlar atmalıdır - Deputat

Ermənistanın mülki əhalini hədəf alması, törətdiyi terror əməlləri beynəlxalq müstəvidə kəskin tənqid hədəfinə tuş gəlib. Azərbaycanın hərblə yanaşı digər cəbhələrdə də Ermənistanı geridə qoyması, dünyaya haqq səsini çatdırması artıq beynəlxalq təşkilatları da bu əməllərə reaksiya verməyə məcbur edib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə deputat Vüqar İskəndərov deyib. Deputat bildirib ki, […]