Avropa Olimpiya Təsnifat turniri: ilk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək

Oxunma vaxtı:29 Saniyə

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.

“Report”un məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.

Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.

Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Loading

Next Post

Hövsanda 32, Sumqayıtda 28 yaşlı kişi asılı vəziyyətdə tapıldı

Bakıda 32 yaşlı kişi evində asılı vəziyyətdə aşkar edilib. Hövsan qəsəbəsi, Hövsan kənd sakini 1992-ci il təvəllüdlü kişi yaşadığı evin həyətində olan talvardan özünü asaraq intihar edib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır. Bundan başqa Sumqayıt şəhəri, Şirvan Yaşayış massivi ərazisində fərdi evində yaşayan 1996-cı il təvəllüdlü Şirəliyev Elşən […]