Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:21 Saniyə

Aprelin 17-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilan rayonunun Ağalı kəndində bu rayondan, eyni zamanda Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Loading

Next Post

FHN: Ötən həftə 179 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası […]