FHN: Ötən həftə 179 yanğına çıxış olub, 46 nəfər xilas edilib – VİDEO

Oxunma vaxtı:34 Saniyə

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə FHN-dən bildirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

Loading

Next Post

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi məlum olub

Keçən il büdcəyə bərpa edilən vəsaitin həcmi məlum olub. Bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat”-da əksini tapıb. Qeyd edilib ki, dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub. Debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş […]