Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb

Oxunma vaxtı:59 Saniyə

Əgər Vaşinqton “Öncə İsrail” prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək.

Bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Əgər biz İslamabadda “Öncə Amerika” (“America first”, Donald Tramp komandasının siyasi şüarı – red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və dünya üçün sərfəli olan razılıq əldə edə biləcəyik. Lakin biz “Öncə İsrail” tezisi ilə qarşılaşsaq, sövdələşmə olmayacaq; biz qaçılmaz olaraq müdafiəmizi əvvəlkindən daha qətiyyətlə davam etdirəcəyik və dünya böyük itkilərlə üzləşəcək”, – M.Aref qeyd edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

Loading

Next Post

Media: ABŞ hərbi gəmiləri Tehranla razılaşdırmadan Hörmüzü keçib

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisi İranla razılaşdırmadan Hörmüz boğazını keçib. Bu barədə mənbələrə istinadən “Axios” məlumat yayıb. Qeyd olunub ki, bu, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayandan bəri ilk belə haldır. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın […]