Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər

Oxunma vaxtı:42 Saniyə

ABŞ NATO-dan çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) öz təhlükəsizlik arxitekturasını dəyişməli olacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiyanın 2030-cu ilə qədər ordusunun sayını 2,5 milyon nəfərə çatdırmaq cəhdini nəzərə alsaq, təhlükəsizliyi təmin etmək üçün Aİ-yə əlavə ölkələr lazımdır:

“Əgər ABŞ həqiqətən də NATO-dan çıxmaq barədə düşünürsə, o zaman Avropanın təhlükəsizliyi müstəsna olaraq Aİ-yə əsaslanacaq. Lakin indiki formasında yox. Hesab edirəm ki, Aİ elə bir vəziyyətdədir ki, ona əlavə ölkələr lazımdır. Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir”.

Zelenski bildirib ki, Böyük Britaniya, Ukrayna və Türkiyə ordularının birgə potensialı Rusiya ordusunun imkanlarını üstələyir:

“Bu ölkələrlə dənizlərə nəzarət etmək, hava məkanını qorumaq və ən böyük quru qüvvələrə sahib olmaq mümkündür. Avropanın öz iqtisadiyyatını inkişaf etdirmək istəyinə baxmayaraq, təhlükəsizlik məsələləri birinci yerdə qalmalıdır”.

Loading

Next Post

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb. Təltif olunan əməkdaşlar aşağıdakılardır: Qədimov Çingiz Sahib oğlu Məmmədov Elşad Pənah oğlu Salmanov Azər Ağababa oğlu Şərifov Rizvan Həmid oğlu Şiriyeva Kəmalə Məzahir qızı. Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində […]