MİDA-nın bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Oxunma vaxtı:17 Saniyə

Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Agentliyin 10 illiyi münasibətilə Sərəncam imzalayıb.

Təltif olunan əməkdaşlar aşağıdakılardır:

Qədimov Çingiz Sahib oğlu

Məmmədov Elşad Pənah oğlu

Salmanov Azər Ağababa oğlu

Şərifov Rizvan Həmid oğlu

Şiriyeva Kəmalə Məzahir qızı.

Onlar vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə təltif ediliblər.

Loading

Next Post

Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam və 12-də, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ […]