Polad Bülbüloğlu: İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir

Oxunma vaxtı:27 Saniyə

İncəsənət müəllimləri 5 ildən bir attestasiyadan keçməlidir.

Bunu Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Komitə sədri vurğulayıb ki, keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən bu imtahanlarln mütəmadi olaraq, beş ildə bir dəfə və ya yeddi ildə bir dəfə keçirilməsi zəruridir:

“Attestasiyadan keçməyən müəllimlər parlamentə şikayətə gəlmişdilər. Biz burada millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir”.

Loading

Next Post

Papoyan: Ermənistan və Azərbaycan şirkətləri müəyyən bir malın tədarükünü müzakirə edirlər

Ermənistan və Azərbaycan iş adamları Ermənistandan Azərbaycana bir növ malın tədarükünün təşkili barədə danışıqlar aparırlar. Bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib. “Biz təklif etmişik. Hazırda konkret bir mal var (hansı ki, Ermənistandan Azərbaycana tədarük oluna bilər – red.) ki, onunla bağlı hər iki tərəfin biznes dairələri artıq […]