Sabah 17 dərəcə isti gözlənilir

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda martın 18-də havanın 17 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Loading

Next Post

DYP-nin şöbə rəisi: Ölümlə nəticələnən yol qəzalarının yarısı piyadavurma hallarıdır

Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib. O bildirib ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə […]