Laçın istiqamətində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Oxunma vaxtı:20 Saniyə

Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.

Loading

Next Post

Hakan Fidan iordaniyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman əl-Safadi ilə görüşüb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd edilib ki, İordaniya və Türkiyə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün birlikdə fəaliyyət göstərir. H.Fidan bildirib ki, Türkiyə, İordaniya, Suriya və region ölkələri İŞİD və Kürdüstan Fəhlə Partiyasına qarşı […]