Hakan Fidan iordaniyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Oxunma vaxtı:35 Saniyə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman əl-Safadi ilə görüşüb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İordaniya və Türkiyə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün birlikdə fəaliyyət göstərir.

H.Fidan bildirib ki, Türkiyə, İordaniya, Suriya və region ölkələri İŞİD və Kürdüstan Fəhlə Partiyasına qarşı birgə mübarizə məsələlərini müzakirə etmək niyyətindədir.

Əl-Safadinin sözlərinə görə, Türkiyənin təhlükəsizliyinə təhdid yaradan hər şey regionun da təhlükəsizliyinə təhdiddir.

“3+3” formatında keçirilən görüşdə iki ölkənin diplomatiya rəhbərləri ilə yanaşı, Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yusuf əl-Huneyti və İordaniyanın Baş Kəşfiyyat Təşkilatının direktoru Əhməd Husni də iştirak ediblər.

Loading

Next Post

YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib

Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb: “Bunun üçün 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri […]