“Sabah” və “Qarabağ” Premyer Liqada növbəti oyunlarına çıxacaq

Oxunma vaxtı:53 Saniyə

“Sabah” və “Qarabağ” komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.

Günün ilk matçında Bakı təmsilçisi “İmişli”nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. “Sabah” 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. “Qartallar” 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

14 mart

15:00. “İmişli” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.

VAR: Əliyar Ağayev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mutafayeva.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:15. “Zirə” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (2:1), “Şamaxı” “Sumqayıt”ı (1:0) məğlub edib.

Loading

Next Post

ABŞ-nin Bağdaddakı səfirliyinin ərazisinə raket düşüb

ABŞ-nin Bağdaddakı (İraq) səfirliyinin ərazisindəki helikopter meydançasına raket düşüb. Bu barədə “Associated Press” agentliyi səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşlarına istinadən məlumat yayıb. “Mərmi Bağdadın mərkəzində İraq hökuməti qurumlarının və xarici ölkələrin səfirliklərinin olduğu “Yaşıl zona”dan kənarda yerləşən səfirliyin ərazisinə düşüb”, – agentlik bildirir. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana […]