UEFA Millətlər Liqası: İsveç – Azərbaycan matçının təyinatları açıqlanıb

Oxunma vaxtı:19 Saniyə

Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Loading

Next Post

Ərdoğan G20 liderlərinin sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda keçiriləcək G20 liderlərinin 19-cu sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, sammit çərçivəsində prezident G20 liderleri, eləcə də digər dövlət və hökumət […]