Azərbaycan Prezidenti İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik ünvanlayıb

Oxunma vaxtı:32 Saniyə

Prezident İlham Əliyev İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Möhtərəm Ayətullah Xameneyi həzrətləri.

İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.

Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm”.

Loading

Next Post

Marko Rubio: ABŞ dünyanın ən aparıcı girov götürən İran rejiminə qarşı əməliyyatda iştirak edir

“ABŞ dünyanın ən aparıcı girov götürən və terrorizmin sponsoru olan İran rejiminə qarşı əməliyyatda iştirak edir”. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib. Rubio qeyd edib ki, əməliyyatın məqsədi İran rejiminin raket imkanlarını zəiflətmək və bu sahədəki potensialını məhv etməkdir: “İran rejiminə qarşı missiyanın məqsədləri aydındır: İranın raket […]