İran Oman sahillərində tankerə hücum edib, ölən var

Oxunma vaxtı:21 Saniyə

İran Oman sahillərində neft tankerinə zərbə endirib, nəticədə bir nəfər ölüb.

Bu barədə “Al Jazeera” Oman Dəniz Təhlükəsizliyi Mərkəzinə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum Maskat vilayətindən 52 dəniz mili (96 km) məsafədə kamikadze kateri vasitəsilə həyata keçirilib. Hücum nəticəsində gəmidə yanğın baş verib və bu da ekipaj üzvlərindən birinin ölümünə səbəb olub. 21 ekipaj üzvü təxliyə edilib.

Oman Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, həmin ərazidə olan gəmilərə naviqasiya xəbərdarlıqları göndərilib.

Loading

Next Post

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verilib.Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı […]