Bakıda orta əməkhaqqı 7 %-dən çox artıb

Oxunma vaxtı:21 Saniyə

Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.

Loading

Next Post

Talqat Lastayev: AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır

 AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir. Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib. “Hazırda ekspertizalar aparılır. Müəyyən texniki ekspertizalar vaxt aparır. Biz onların nəticələrini gözləyirik”, – o deyib və əlavə edib ki, təyyarə qəzasını araşdıran müxtəlif ölkələrdən […]