Talqat Lastayev: AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır

Oxunma vaxtı:43 Saniyə

 AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir.

Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

“Hazırda ekspertizalar aparılır. Müəyyən texniki ekspertizalar vaxt aparır. Biz onların nəticələrini gözləyirik”, – o deyib və əlavə edib ki, təyyarə qəzasını araşdıran müxtəlif ölkələrdən olan ekspertlər bir-biri ilə daim əlaqə saxlayırlar.

Lastayev qeyd edib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabatda əks olunmuş məlumatdan artıq artıq şərh verə bilməz. O, təyyarə qəzasının araşdırılması üzrə komissiyanın bu ilin sonuna qədər təqdim ediləcək yekun hesabatını gözləməyi xahiş edib.

“Düşünürəm ki, bu iş çərçivəsində heç bir sirr yoxdur. Bu qəzanın araşdırılmasına görə məsul olan ölkə kimi, bizim üçün məhz obyektivlik və şəffaflıq ön plandadır. Bu, gələcəkdə belə vəziyyətlərin təkrarlanmaması üçün araşdırmanın aparılması zaman rəhbər tutulan prinsiplərdir”, – nazir müavini qeyd edib.

Loading

Next Post

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir. Bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib. Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə […]