Birinci xanımlar İçərişəhərdə – FOTO (YENİLƏNİB)

alfonsonri
Oxunma vaxtı:50 Saniyə

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.

Qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.

İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan “Hacı Bani” hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

***15:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, birinci xanım Əminə Ərdoğan sosial media hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Əminə Ərdoğan Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva ilə İçərişəhəri gəzib.

“Dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. YUNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır”, – deyə Türkiyə liderinin xanımı yazıb.

Loading

Next Post

"Azərbaycanda hər ailədə beş uşaq olsun" - Ərdoğan

Ərdoğan Azərbaycanda hər ailədə beş uşaq olmasını arzulayıb. Bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib. “İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə […]