XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

Oxunma vaxtı:38 Saniyə

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib.

Nazirlik bu barədə sosial media hesabında paylaşım edib.

“Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür.

Qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzu edirik”.

Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən üç il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Loading

Next Post

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin son durumu açıqlanıb

Binəqədi rayonunda yerləşən “İdrak” liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub. Odlu silahdan açılan […]