Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Oxunma vaxtı:17 Saniyə

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.

Səfir bu barədə “X” sosial media hesabında yazıb.

“26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik”, – paylaşımda vurğulanıb.

Loading

Next Post

Səhiyyə naziri: Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb

Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb. Bunu səhiyyə naziri Teymur Musayev “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib və siyahı genişlənməyə davam edir.