FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Oxunma vaxtı:26 Saniyə

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə nazirlik məlumat yayıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Loading

Next Post

NATO Baş katibi Gürcüstandan Ermənistana GETDİ

NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistana səfər edib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, Y.Stoltenberq bir günlük səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin prezidenti Vaaqn Xaçaturyanla görüşlər keçirəcək.