Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib

Oxunma vaxtı:29 Saniyə

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, silahlı qüvvələrin baş qərargah rəisinin onun istefası barədə bəyanatı sabiq prezident Serj Sarkisyanın təsirinin nəticəsidir.

Doğrusöztv.Az Trend -ə istinadla xəbər verir ki, Paşinyan bunu martın 1-də Respublika meydanında keçirilən mitinq zamanı bildirib.

Paşinyan qeyd edib: “Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş qərargahın rəisi öz bəyanatı ilə qanunu pozub və istefa verməlidir. Bu qaçılmaz olsa da, o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hərbçilərin maaşları ilə bağlı ŞAD XƏBƏR - RƏSMİ

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə […]