Hərbçilərin maaşları ilə bağlı ŞAD XƏBƏR – RƏSMİ

Oxunma vaxtı:32 Saniyə

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sabiq icra başçısının həbs müddəti uzadıldı

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. DOĞRUSÖZTV.AZ “Report”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Şəhla Abdullayevanın sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, V. Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb. Qeyd edək ki, […]