Toya gedən müğənninin maşını aşdı – Foto

Oxunma vaxtı:40 Saniyə

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, Hacıqabul rayon Muğan qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib.(Apa)

Loading

Next Post

İraq Prezidenti: Ölkəmiz İrana hücum üçün plasdarm olmayacaq

İraq qonşu ölkələr, o cümlədən İrana hücum üçün plasdarm olmayacaq. Bunu İraq Prezidenti Abdul Lətif Camal Rəşid İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə bildirib. Məlumata görə, İraq Prezidenti Livan və Qəzza zolağında müharibəni dayandırmaq üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib. O, müharibənin regionda mümkün genişlənməsinin qarşısını […]