Sabah hava yağmursuz olacaq

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Loading

Next Post

Qazaxıstanda "Su-30SM" qırıcısı qəzaya uğrayıb

Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı “Su-30SM” qırıcısı qəzaya uğrayıb. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib. Qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb. Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.