Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarılıb

Oxunma vaxtı:25 Saniyə

Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası (MR) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

“Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Digər bir sərəncamla isə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib.

Qeyd edək ki, Elnur İbrahimov 2023-cü il mayın 2-də “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilmişdi.

Loading

Next Post

Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH

Meksikada Venesuela variantı təkrarlanmadıÖtən gün Meksika Müdafiə Nazirliyi ölkənin “Xalisko Yeni Nəsil” adlı ən böyük narkokartelinin başçısı, El Menço ləqəbli Nemesio Oseqera Servantesin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib. Bu tədbirdə narkobaron öldürülüb. Əməliyyata Meksikanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri və Milli Qvardiyanın çevik müdaxilə xüsusi qüvvələri cəlb edilib. Nazirliyin açıqlamasında bildirilib […]