Maaşlarımızın bir hissəsini YAŞAT Fonduna köçürək – Deputatdan təklif

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əmək haqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib.

Deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.

“Bu dəstəyi gözləyən şəhid ailələri, qazilərimiz var. Çətinlikləri olan ailələr YAŞAT Fondunda müraciət etdikdə dəstək ala bilsinlər”, – deyə komitə sədri bildirib.

Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib.

Loading

Next Post

"Xalq yaxşı bilir ki, kim necə müxalifətdir" - Spikerdən deputata cavab

“Müxalifət deyiləndə bir sərhəd qoyulmalıdır. Bir qrupa görə, müxalifət belə etdi demək olmaz”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib. “Son vaxtlar təəssüf ki, bir çox xarici ölkələrin mövqeləri bəllidir. Bu dövrdə ölkəmizdə milli birliyə çox ehtiyac var. Yenidən cəbhələşməyə yol vermək olmaz”, – deyə […]