Ali təhsil müəssisələrinə qəbul imtahanına qeydiyyat prosesi başlayır

Oxunma vaxtı:36 Saniyə

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılır.

Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb.

Qeydiyyat prosesi martın 5-dək davam edəcək.

Bundan əlavə, əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı aprelin 19-da keçiriləcək.

Loading

Next Post

Leyla və Arzu Əliyevalar Tiranada MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışına qatılıblar

Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin […]