Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək

Oxunma vaxtı:27 Saniyə

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Loading

Next Post

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.