Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb

Oxunma vaxtı:30 Saniyə

Türkiyə və Qazaxıstanın Xarici İşlər nazirlikləri Ankarada 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalayıb.

Sənəd Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın və onun qazaxıstanlı həmkarı Yermek Koşerbayevin sədrliyi ilə keçirilən səkkizinci iclasının yekunlarına əsasən imzalanıb.

Tərəflər “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı”nı imzalayıblar. Bu Əməkdaşlıq Planı hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələrin gələcək istiqamətlərini müəyyən edir.

İclasdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı naziri qəbul edib. Mətbuata qapalı rejmdə keçirilən görüşdə Hakan Fidan da iştirak edib.

Loading

Next Post

Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb. Bunu dinşünas Elşad Miri “Baku TV”nin “Aktual gündəm” verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib. Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: “Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, […]