Sabah yağış yağacaq – PROQNOZ

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

Sentyabrın 16-da Azərbaycanda havanın yağışlı olacağı gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

Loading

Next Post

Paytaxtda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıb

Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum […]