Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.

Nazirin digər Əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.(Oxu.az)

Fotoda Oleq Əmirbəyov

Nazir Brilliant Dadaşovanın ərini işdən çıxardı

Loading

Next Post

Bazar günü yağış yağacaq - PROQNOZ

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° […]