Bazar günü yağış yağacaq – PROQNOZ

Oxunma vaxtı:39 Saniyə

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Loading

Next Post

Biləsuvarda transformator partlayıb, rayon mərkəzinin bir hissəsi işıqsız qalıb

Biləsuvar şəhərində transformatorda partlayış olub. Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə əriyən qarın suları səbəb olub. Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb. Ərazidə təmir-bərpa işləri aparılır. Bu işlərdən sonra işığın bərpası gözlənilir.(Report)