İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb – SİYAHI

Oxunma vaxtı:55 Saniyə

İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin “Əmək bazarı” bülleteninin 5-ci buraxılışında qeyd edilib.

Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7%), texniki ixtisaslar (15,8%) və mühasibatlıq və maliyyə (15,3%) yer alır. Bundan əlavə, tikinti və fiziki işlər (9,5%) və ticarət sahəsi (9,5%) də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri (6,3%) və tibb sahəsi (5,4%) üzrə işçi çatışmazlığı da var.

Bülletendəki məlumatlara görə, son 1 il ərzində şirkətlərdə ən çox vakansiya texniki ixtisaslar (21,2%) üzrə elan edilib. Satış və marketinq sahəsi 17,1%, mühasibatlıq və maliyyə 13,5% təşkil edib. Tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrinin hər biri üzrə göstərici 13,1% olub. Ticarət sahəsi üzrə vakansiyalar 10,4%, ofis və inzibati dəstək işləri üzrə 9,5% təşkil edib. Tibb sahəsi 7,2%, turizm və xidmət sektoru isə 6,8% səviyyəsində qeydə alınıb.

Loading

Next Post

Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Gəncədə yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, idman ictimaiyyətinin nümayəndələri və Azərbaycan güləşinin tanınmış simaları iştirak ediblər. Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı bu gün start […]