“Formula 1″ə 2000-dən çox könüllünün cəlb olunması gözlənilir

Oxunma vaxtı:47 Saniyə

Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə 2000-dən çox könüllünün cəlb olunması gözlənilir.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Qurumdan bildirilib ki, könüllülərin hazırlığı davam edir.

“Təlimlərdə gənclərin yarışa yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərilir. Burada könüllülər yaradıcı və lateral düşüncə, karyera planlaşdırılması, müxtəliflik və inteqrasiya mövzularında panel müzakirələrdə, intellektual oyunlarda fəal iştirak edirlər. Təlimlər bir neçə mərhələdən ibarət olmaqla iştirakçıların peşəkar bacarıqlarını inkişaf etdirir, eyni zamanda onlara yeni biliklər qazandırır.

Bu il könüllü müraciəti rekord həddə çatıb. Belə ki, beynəlxalq nüfuzlu yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb ki, onlardan 2000-dən çoxunun tədbirə cəlb olunması nəzərdə tutulur. Bakı yarışına qatılan könüllülərin sırasında 100-dən çoxu dünyanın fərqli qitələrindən müraciət edən xarici ölkə vətəndaşlarıdır. Digər maraqlı fakt isə könüllülərin 69 faizinin məhz qadın olmasıdır”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də olacaq.

Loading

Next Post

Prezidentdən müddətli həqiqi hərbi xidmətlə bağlı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.  Sərəncamda deyilir: “1. 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, […]