Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:29 Saniyə

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, ölkənin əksər bölgələrdə fevralın 3-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13,9–20,7 m/san təşkil edəcək.

Loading

Next Post

Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb

Türkiyə və Qazaxıstanın Xarici İşlər nazirlikləri Ankarada 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalayıb. Sənəd Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın və onun qazaxıstanlı həmkarı Yermek Koşerbayevin sədrliyi ilə keçirilən səkkizinci iclasının yekunlarına əsasən imzalanıb. Tərəflər “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər […]