Bazar gününün havası açıqlanıb

Oxunma vaxtı:39 Saniyə

Azərbaycanda yanvarın 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Loading

Next Post

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb

Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb. Bu barədə məlumatı Sky News paylaşıb. Məlumata görə, görüş yenidən qapalı qapılar arxasında keçirilir, müzakirələrin mərkəzində ərazi məsələsi dayanır. Daha əvvəl “Reuters” agentliyi məlumat vermişdi ki, dünənki müzakirələrin nəticəsində tərəflər ərazi məsələləri üzrə kompromisə nail ola bilməyiblər.