Şənbə gününə olan hava proqnozu

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

Loading

Next Post

Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir

Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə iyunun 6, gecǝ saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək. Dogrusoztv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Həmin marşrut xəttləri aşağıdakılardır: – 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar […]