“Azeri Light” bu gün neçəyə satılır?

Oxunma vaxtı:27 Saniyə

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,44 ABŞ dolları və ya 2,08% azalaraq 67,95 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 69,39 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Loading

Next Post

Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir - Bir şərtlə

Qrenlandiyanın ABŞ-yə birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər​. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir. Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir.  Qeyd edək ki, Danimarka […]