6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək

Oxunma vaxtı:30 Saniyə

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

Bu barədə Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Loading

Next Post

Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib

Baş prokuror Şirvan şəhərində vətəndaş qəbulu keçirib. Bu barərdə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Baş prokuror Kamran Əliyev Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində […]