Tramp ICE əməliyyatı zamanı qadını öldürənləri müdafiə edib

Oxunma vaxtı:44 Saniyə

Minnesotanın Minneapolis şəhərində ABŞ İmmiqrasiya və Gömrük Polisinin (ICE) əməliyyatı zamanı bir qadın güllələnərək öldürülüb.

Bu barədə “Associated Press“ ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, qadın avtomobillə ICE əməkdaşlarını vurmağa cəhd edib və polis özünü müdafiə məqsədi ilə atəş açıb.

Baş verən hadisə Minneapolis meri Ceykob Freyin kəskin tənqidinə səbəb olub. O, ICE-dən şəhəri tərk etməyi tələb edərək, atəş açılmasını haqlı özünümüdafiə hesab etmədiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək ICE əməkdaşını müdafiə edib. O, “Truth Social” hesabında yazıb ki, qadın aqressiv davranıb və əməkdaşa qarşı təhlükə yaradıb. Trampın sözlərinə görə, atəş açan polis əməkdaşı özünü və həmkarlarını qorumaq üçün hərəkət edib. ABŞ Prezidenti baş verənlərə görə “radikal solçu qrupları” günahlandıraraq onların tez-tez hüquq-mühafizə orqanlarına hücum etdiyini bildirib.

Hadisə ölkədə etirazlara səbəb olub, lakin Tramp administrasiyası ICE-nin sərt immiqrasiya siyasətini davam etdirməkdə qətiyyətli olduğunu vurğulayıb.

Loading

Next Post

Pakistan və Səudiyyə Ərəbistanı JF-17 qırıcılarının alınması üzrə danışıqlar aparır

Pakistan və Səudiyyə Ərəbistanı təxminən 2 milyard dollar həcmində Səudiyyə kreditinin JF-17 “Thunder” qırıcı təyyarələrinin alınması üzrə sazişə çevrilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə “Reuters“ məlumat yayıb. Məlumata görə, sözügedən addım ötən il iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə sazişindən sonra Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın daha […]