Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib

Oxunma vaxtı:37 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukraynaya 30-50 il müddətinə təhlükəsizlik zəmanətləri verməyi təklif edib.

Bunu V.Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Ötən gün ABŞ Prezidenti ilə güclü təhlükəsizlik zəmanətlərinin olacağını təsdiqlədik. Həqiqətən də bu, əbədi deyil, sənədlərdə bu, təhlükəsizlik zəmanətlərinin uzadılması ehtimalı ilə 15 il müddətinədir”, – Ukrayna lideri qeyd edib.

V.Zelenskinin sözlərinə görə, o, zəmanətlərin daha uzun müddətə verilməsi məsələsini qaldırıb:

“Donald Trampa dedim ki, bizdə artıq müharibə gedir. Ona görə də istərdik ki, zəmanətlər daha uzunmüddətli olsun. Biz 30-40-50 il müddətinə imkanın nəzərdən keçirilməsini çox istərdik. Bu, Trampın tarixi qərarı olacaq. Prezident dedi ki, fikirləşəcək”.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Volodimir Zelenskini qəbul edib.

Loading

Next Post

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb. Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Dəyişikliklə, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir […]