Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.

Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.

“Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!”, – diplomat yazıb.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri ölkənin müdafiə siyasətinin müəyyən aspektləri üçün məsul olan yüksəkprofilli siyasi vəzifəli şəxsdir. O, Müdafiə Nazirliyinin tərkibində işləyir və müdafiə nazirinə dövlət strategiyalarının həyata keçirilməsində, habelə təhlükəsizlik və müdafiə sahəsində əsas qərarların qəbul edilməsində yardımçı olur.

Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşmüş, Azərbaycan – Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə

Loading

Next Post

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,43 % azalaraq 71,04 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayəb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,04 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı […]