Nazir müavini: Qarabağ və Şərqi Zəngəzurda geniş əməkdaşlıq imkanları var

Oxunma vaxtı:27 Saniyə

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda müxtəlif sahələr üzrə geniş əməkdaşlıq imkanları var və birgə investisiya layihələrinin reallaşdırılması üçün böyük potensiala malikdir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni güclərin qurulması əsas prioritetlərimizdəndir. Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilə diqqətəlayiqdir. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihənin icrası həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəvi əməkdaşlıq modelidir.

Loading

Next Post

Azərbaycanla Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

Azərbaycanla Oman diplomatik və xidməti pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanun layihəsi səsverməyə […]