Səfirlik: ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Oxunma vaxtı:36 Saniyə

ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir.

Bu barədə ABŞ Səfirliyinin ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupunun ilk görüşünə dair məlumatında qeyd edilib.

“Dünən ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər. Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”, – məlumatda bildirilib.

Loading

Next Post

Azərbaycan və Monteneqro XİN başçıları görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X-də paylaşım edib.