Təhsilin İnkişafı Fonduna yeni direktor təyin edildi

Oxunma vaxtı:1 Dəqiqə, 16 Saniyə

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib.

Bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olub. 2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını ictimai siyasət ixtisası üzrə bitirib.

1999-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologoya kafedrasında, 2003-2006-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyib.

2005-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi olub. 2006-2007-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində sosial siyasət üzrə universitet müəllimlərinin təkmilləşdirilməsi proqramında iştirak edib. Həmin müddətdə ARGTMŞ-in BMT-nin Nyu-York qərargahındakı təmsilçisi olub.

Nicat Məmmədli 2007-ci ilin iyun-dekabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsman) aparatında uşaq hüquqları bölməsinin rəhbəri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasında təhsil aldığı müddətdə həmin universitetdə müəllim assistenti işləyib.

2010-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial infrastrukturun idarə edilməsi şöbəsində böyük mühəndis vəzifəsində çalışmış Nicat Məmmədli 2013-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Nicat Məmmədli 2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirinin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.

İki monoqrafiya, 50-dən çox məqalə müəllifidir.

Loading

Next Post

Yol polisi sürücülərə və piyadalara müraciət etdi

Piyadavurma hadisələri yol qəzası olmaqla yanaşı, həm də ailələrin taleyinə dəyən zərbədir. Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geridönüşü olmayan nəticələrə səbəb olur. Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir […]