SEPAH ABŞ-ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib

Oxunma vaxtı:28 Saniyə

İrana qarşı hərbi hücumun yenidən baş verəcəyi təqdirdə, müharibə bu dəfə regiondan kənara çıxacaq.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

SEPAH-ın bəyanatında İsrail və ABŞ-ın son təhdidlərinə toxunulub. Bildirilib ki, dünyanın ən bahalı orduları hesab edilən iki ordunun bütün imkanları ilə İrana hücum etmələrinə baxmayaraq, Tehran SEPAH-ın bütün potensialını işə salmayıb.

Bəyanatda vurğulanıb ki, İrana qarşı təcavüz yenidən təkrarlanarsa, əvvəllər vəd edilən regional müharibə bu dəfə regionun hüdudlarını aşacaq və İranın zərbələri “gözlənilməyən məkanlarda” həyata keçiriləcək.

“Gücümüzü boş bəyanatlarda və sosial şəbəkələrdə deyil, döyüş meydanında görəcəksiniz”, – bəyanatda deyilir.

Loading

Next Post

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən […]