Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq

Oxunma vaxtı:21 Saniyə

26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Loading

Next Post

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb

Bu ilin yanvar – aprel ayları ərzində ölkə üzrə ən yüksək artım informasiya və rabitə sahəsində qeydə alınıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprel ayının sonuna olan məlumata əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2,1%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 3%-ə yüksəlib. Sahə üzrə […]