Rusiya ordusunda döyüşən azərbaycanlı kapitan həlak olub

Oxunma vaxtı:21 Saniyə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Bu barədə sosial şəbəkədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

“44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.
Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya getmiş, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edirdi”, – T.Şahmuradov bildirib.

Loading

Next Post

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları artaraq 64,43 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]