Azərbaycan nefti cüzi bahalaşıb

Oxunma vaxtı:18 Saniyə

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları artaraq 64,43 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,36 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Loading

Next Post

KİV: ABŞ Ukraynaya təhlükəsizlik təminatları təqdim etməyə hazırdır

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan, hüquqi baxımdan məcburi təhlükəsizlik təminatları təqdim etməyə hazırdır. Bu barədə “Axios”a yüksək vəzifəli amerikalı rəsmi şəxs bildirib. Onun sözlərinə görə, müvafiq saziş ABŞ Konqresinin səsverməsinə çıxarılacaq. Qeyd edilib ki, Vaşinqton Kiyevə “boş çek” deyil, güclü və real təhlükəsizlik təminatı təklif […]